Azərbaycanda Belarusun Təhsİl Günlərİ en

5-7 mart 2018-ci il tarixlərində Belarusun Azərbaycandakı səfirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı və “Rumires” şirkətinin təşkilatçılığı və ASAN radio və “1news” xəbər portalının informasiya dəstəyi ilə “Azərbaycanda Belarus Təhsil Günləri” keçiriləcəkdir. Təhsil günləri çərçivəsində 5 mart tarixində Bakı Biznes Mərkəzində Təhsil sərgisi keçiriləcəkdir. Belarus təhsilinə həsr edilmiş sərgidə adıçəkilən ölkənin aparıcı Universitetləri iştirak edəcəklər.


Bu sərgidə nəinki belarus ali təhsil ocaqlarına qəbul olunmaq qaydaları ilə tanış ola bilərsiniz, həmçinin də müvafiq müsahibədən keçdikdən sonra həmin Universitetlərdən birinə daxil olmağınız haqqında sertifikat da ala bilərsiniz. Bununla əlaqədar yalnız və yalnız rus dili müsahibəsindən və ehtiyac duyulduğu halda bir neçə ixtisas fənnindən müsahibədən keçməyiniz lazım olacaq. Rus dili bilməyənlər üçün də xüsusi qaydalar nəzərdə tutulmuşdur.

“Azərbaycanda Belarus Təhsil Günləri” 5 mart tarixində Bakı Biznes Mərkəzində Belarus universitetlərinin prezentasiyaları ilə başlayacaq. Təqdimat ərzində hər bir universitet özü haqqında ətraflı məlumat verəcək. Təqdimatlar başa çatdıqdan sonra sərgi başlayacaq və Belarusda təhsil almaq istəyən hər kəs Universitetlərin stendlərinə yaxınlaşaraq daha detallı məlumat almaq üçün onların əməkdaşlarına suallarını verə biləcəklər.

Sərgiyə qatılmaq üçün aşağıdakı linkə daxil olub qeydiyyatdan keçə bilərsiniz:

https://goo.gl/forms/wrpJ59Lesc354VVz2

Giriş pulsuzdur.

 

Sərgidə iştirak edəcək universitetlərin siyahısı ilə yaxın günlərdə səhifəmizdə tanış ola bilərsiniz