BELORUS DÖVLƏT TİBB UNİVERSİTETİ

BELORUS DÖVLƏT TİBB UNİVERSİTETİ

BDTU – 1921-ci ildə yaradılmış Belarus Respublikasının ali tibbi təhsil müəssisəsidir, beynəlxalq aləmdə nüfuza malik olan və tanınan bir ali təhsil ocağıdır. Burada 1000-ə yaxın müəllim heyəti fəaliyyət göstərir ki, onlardan 64%-nin doktor və elmlər namizədi dərəcəsi vardır. Ali həkim kateqoriyalı 350-dən yuxarı kliniki kafedra müəllimləri 7000 tələbəyə dərs keçirlər. Onlardan 1100-ü dünyanın 50-dən çox ölkəsindən gəlmiş xarici vətəndaşlardır. Tibbi-bioloji və kliniki profillər üzrə magistratura və aspiranturada 40 ixtisas üzrə, kliniki ordinaturada isə 30 həkim ixtisası üzrə tədris aparılır.

Professor-müəllim heyəti 984 nəfərdən ibarətdir ki, onlardan 97 nəfəri elmlər doktoru, 499-u isə elmlər namizədidir.

Fakültələr:

- Hərbi-tibbi fakültə

- Müalicə işi fakültəsi

- Tibbi-profilaktika fakültəsi

- Pediatriya fakültəsi

- Stomatoloji fakültə

- Əczaçılıq fakültəsi

- Xarici tələbələr üzrə fakültə

- İxtisas seçimi və universitetə hazırlıq fakültəsi

- Kvalifikasiyanın artırılması və kadrların yenidən hazırlanması fakültəsi