SÜNİ MAYALANMA

SÜNİ MAYALANMA

EKO (ekstrakorporal mayalanma) üsulunun mahiyyəti qadın orqanizmindən götürülmüş yumurta hüceyrənin, kişi cinsiyyət hüceyrəsi ilə mayalandırılmasıdır. Laborator şəraitdə embrion müəyyən ölçüyə qədər böyüdülür və daha sonra qadının uşaqlıq boşluğuna yerləşdirilir.

Belorusiyada qeyd edilən metod yüksək səviyyədədir. Belə ki, həkimlər xarici kolleqaların təcrübə, informasiya və metodikalarından istifadə edərək özlərini daim təkmilləşdirirlər. Orda olduğunuz bütün müddət ərzində sizə müalicə həkimi və tibbi personal tərəfdən daim diqqət göstəriləcək. Həmçinin ultrasəs müayinəsi, biokimyəvi skrininq, daimi həkim müşahidəsi və s. vasitəsilə sizin orqanizminizin və dölün vəziyyəti mütəmadi monitorinq olunacaqdır.