Belorus Respublikasının Fövqəladə Hallar NAZİRLİYİNİN MÜLKİ MÜDAFİƏ UNİVERSİTETİ

Belorus Respublikasının Fövqəladə Hallar NAZİRLİYİNİN MÜLKİ MÜDAFİƏ UNİVERSİTETİ

Belorus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti – yüksək kvalifikasiyalı mütəxəssislərin hazırlanması sahəsində böyük təcrübəsi olan təhsil müəssisəsidir. Bu gün təklif edilən təhsil xidmətlərinin keyfiyyəti yerli və xarici uyğunluq sertifikatları ilə təsdiq edilmişdir. Ötən illər ərzində universitetin elmi kollektivi əhəmiyyətli dərəcədə artmışdır: onun pedaqoji fəaliyyət həyata keçirən əməkdaşlarının 40 %-ə yaxını doktor və elmlər namizədi, 36 %-i isə professor və dosent dərəcəsinə malikdir. Professor-müəllim heyətinin yüksək elmi potensialı ixtiralar üçün mövcud olan 200-dən artıq müəlliflik şəhadətnaməsi və patentlərlə sübut olunur. Universitet alimlərinin intellektual müəlliflik məhsulları tək Belarusiyada aktiv şəkildə tətbiq edilmir, onlara Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna və digər ölkələrdə də tələbat var. Xarici vətəndaşlar arasında bu universitetdə təhsil almaq üçün tələbat yüksəkdir: bu gün burada 6 ölkənin gələcək mütəxəssisləri təhsil alırlar. Hazırda burada təhsil alanların 13%-ni xarici tələbələr təşkil edir. Bu gün universitet tək Belarus respublikasının fövqəladə hallar üzrə bölmələrinə mütəxəssis hazırlığı ilə məşğul olmur, həmçinin də yanğınsöndürmə və təhlükəsizlik sənayesi, mülki müdafiə sahəsində tədris mərkəzi sayılır və xarici ölkələrin müxtəlif qurumlarının maraqları nəzərə alınmaqla kadrların hazırlanması proqramlarının həyata keçirilməsini təmin edir.

Fakültələr:

- xəbərdarlıq və likvidasiya fakültəsi

- qiyabi təhsil fakültəsi

- rəhbər kadrların hazırlanması fakültəsi

- texnosfer təhlükəsizlik fakültəsi

- elmi kadrların hazırlanması fakültəsi

- mühəndislik fakültəsi (Qomel şəhəri)

- həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsi