Polotsk Dövlət Universiteti

Polotsk Dövlət Universiteti

Polotsk Dövlət Universiteti - 1968-ci ildə yaradılmışdır. Tələbələrin elmi-tədqiqat işlərinin nəticələrinə görə universitet, son 10 ildə Belarus Respublikasının aparıcı təhsil müəssisələri arasında liderlər sırasındadır. Tələbə elmi işlərinin respublika müsabiqəsinə hər il təqdim edilən işlərin 80%-i müxtəlif kateqoriyalarda fərqləndirilirlər. Polotsk Dövlət Universitetinin Münhen və Manheym (Almaniya) ali texniki məktəbləri, Kral texnoloji universiteti və Veksyo Universiteti (İsveç), Genuya Universiteti (İtaliya) ilə təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq haqqında razılaşmaları mövcuddur. Bu razılaşmalar çərçivəsində ali təhsil ocaqları arasında mühazirəçilərin, həmçinin təhsil və təcrübəkeçmə məqsədilə tələbələrin mübadiləsi baş tutur.

Fakültələr:

- mühəndis-inşaat fakültəsi

- mühəndis-texnologiya fakültəsi

- tarix-filologiya fakültəsi

- maşınqayırma və avtomobil transportu fakültəsi

- radiotexnika fakültəsi

- idman-pedaqoji fakültəsi

- informasiya texnologiyaları fakültəsi

- maliyyə-iqtisad fakültəsi

- hüquq fakültəsi

- xarici tələbələrlə iş üzrə fakültə

- universitetə hazırlıq fakültəsi