Belorus Dövlət Aqar Texniki Universiteti

Belorus Dövlət Aqar Texniki Universiteti

Belorus Dövlət Aqar Texniki Universiteti – 1954-cü ildə yaradılmışdır. Belarusun ən öndə gedən tədris, elmi və innovasiya mərkəzlərindən biri, yarım əsrdən artıq tarixi olan aparıcı təhsil ocağıdır. Universitet müasir mühazirə auditoriyaları, kompyuter sinifləri və tədris laboratoriyalarına, praktiki tədris üçün bazaya malikdir. Nəzəri məşğələlərdən əlavə tələbələr Belarusun qabaqcıl müəssisələrində praktiki hazırlıq da keçirlər. Universitet özündə 8 fakültə, 42 kafedra və onların 42 filialını cəmləşdirən tədris-elmi-istehsalat kompleksidir. BDATU – bu yüksək keyfiyyətli təhsil, etibarlı reputasiya, yüksək elmi-istehsal və intellektual potensial, əmək bazarında tələbat olan məzunlardır; bu innovativ tədris metodlarının və qabaqcıl elmi və istehsalat fikirlərinin praktikaya tətbiq edilməsinə, elm, təhsil, texnika sahəsində bütün yenilik və ilklərin mənimsənilməsinə yönəlmiş müəssisədir.

Fakültələr:

- Aqromexaniki fakültə

- Aqroenergetika fakültəsi

- Aqrar-sənaye kompleksində texniki servis fakültəsi

- Mühəndis-texnologiya fakültəsi

- Sahibkarlıq və idarəçilik fakültəsi

- Mexanikləşdirmə fakültəsi (qiyabi)

- Elektrikləşdirmə fakültəsi (qiyabi)

- Universitetə hazırlıq və gənclərin peşəkar peşə seçimi fakültəsi

- İctimai peşələr üzrə humanitar-ekoloji bölmə