BELARUS DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

BELARUS DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

 Belarus Dövlət İqtisad Universiteti (BDİU) – 1933-cü ildə yaradılmış və Belarus Respublikasının ən böyük ali təhsil ocaqlarından biridir. İqtisadiyyat sahəsində ölkənin aparıcı ali təhsil müəssisəsidir. İqtisadiyyat, idarəçilik və hüquq sahələrində mütəxəssislərin hazırlanmasını həyata keçirir. Fəaliyyət göstərdiyi illər ərzində universitet iqtisadiyyatın bütün sahələrində, maliyyə-bank sistemində, ticarətdə, dövlət idarəçiliyi orqanlarında, elmi bölmələrdə və təhsil müəssisələrində çalışan 110 mindən çox mütəxəssis hazırlamışdır. Avropa universitetləri assosiasiyasının üzvü kimi universitet, daimi olaraq xarici kontakt və proqramların genişləndirilməsi üçün yeni yollar və imkanlar axtarır, ABŞ səfirliyinin informasiya xidməti, Təhsil sahəsində əməkdaşlıq üzrə amerikan şurası (ACCELS), Beynəlxalq tədqiqatlar və mübadilələr üzrə şura (İREX), Britaniya şurası, Akademik mübadilələr üzrə alman xidməti (DAAD) kimi Minskdə yerləşən xarici səfirlik və təşkilatlarla sıx əlaqə saxlayır. BDİU xarici universitetlərlə əməkdaşlıq sferasını daim genişləndirir. Hazırda universitetin MDB, Asiya, Avropa, ABŞ və Kanadanın 36 universiteti ilə əməkdaşlıq haqqında müqavilələri var. BDİU-nun birgə layihələri çərçivəsində Paris universiteti nəzdində olan Müəssisələrin idarə edilməsi institutu ilə (Fransa) fəal işlər aparılır. Mühazirələrin oxunması üçün BDİU Fulbrayt, “Vətəndaş təhsili”, “Lider”, “Reap” və digər proqramlar çərçivəsində professor və mütəxəssislər cəlb edir.

 

Fakültələr:

- marketinq fakültəsi

- menecment fakültəsi

- beynəlxalq iqtisadi əlaqələr fakültəsi

- hüquq fakültəsi

- uçot-iqtyisadiyyat fakültəsi

- maliyyə və bank işi fakültəsi

- kommersiya və turizm sənayesi fakültəsi

- beynəlxalq biznes kommunikasiyaları fakültəsi

- universitetə hazırlıq fakültəsi

- idarəçilik və biznes ali məktəbi