Maksim
Tank adına Belarus Dövlət Pedaqoji Universiteti –
təhsil üzrə mütəxəssislərin hazırlanması, ixtisasartırması və
kvalifikasiyalarının yüksəldilməsini təmin edən, milli pedaqoji təhsil
sisteminin aparıcı müəssisəsi; yeni psixoloji-pedaqoji bilikləri yaradan və təhsilin
keyfiyyətinin təkmilləşdirilməsi üçün onları yayan və istifadə edən ən iri tədris
və elmi-metodiki mərkəzi. 100 illik şanlı və zəngin tarixi dövründə universitet
yüksək reputasiya qazanmış, pedaqoji profil üzrə aparıcı müəssisəyə
çevrilmişdir. Görkəmli alim və pedaqoqlar, tanınmış elmi məktəb və mərkəzlər,
peşəkar etika və şəxsi münasibətlərin yüksək səviyyəsi, ənənələrin davam
etdirilməsi və zəngin elmi, pedaqoji və həyat təcrübəsinin yeni nəsillərə
ötürülməsi – bu gün bunların hamısı BDPU-da cəmlənmişdir. BDPU Avraasiya
universitetləri assosiasiyasının üzvüdür və bu fakt özlüyündə yüksək mütəxəssis
hazırlığı səviyyəsindən, həmçinin onun beynəlxalq universitet cəmiyyətinə
inteqrasiyasının mümkünlüyündən xəbər verir.
Fakültələr:
- tarix fakültəsi
- fizika-riyaziyyat fakültəsi
- belorus və rus filologiyası fakültəsi
- məktəbəqədər hazırlıq fakültəsi
- təbiət elmləri fakültəsi
- ibtidai təhsil fakültəsi
- psixologiya institutu
- sosial-pedaqoji texnologiyalar fakültəsi
- inklyuziv təhsil institutu
- fiziki tərbiyə fakültəsi
- estetik təhsil fakültəsi
- kvalifikasiyanın artırılması və yenidən hazırlıq fakültəsi