BELARUS MİLLİ TEXNİKİ UNİVERSİTETİ

BELARUS MİLLİ TEXNİKİ UNİVERSİTETİ

Belarus Milli Texniki Universiteti (BMTU) – mühəndis-texniki profilli ali təhsil müəssisəsi 1920-ci ildə yaradılmışdır. BMTU Belarus Respublikasının milli təhsil sistemində, bu sahədə aparıcı yer tutur. BNTU texniki sahədə Belarus Respublikasının ən böyük ali təhsil müəssisəsidir və beynəlxalq elmi cəmiyyət tərəfindən tanınmışdır. O, Belarus Respublikası Təhsil Nazirliyinin reytinqinə əsasən ikinci yerdədir, Avropa Universitetləri assosiasiyasının tam hüquqlu üzvüdür və MDB ölkələrinin əsas texniki universiteti statusuna layiq görülmüşdür. Webometrics-ə əsasən, dünya təhsil müəssisələri arasında 1939-cu mövqedə yer almışdır. BMTU bakalavr və magistraturada 16 əsas fakültə və 5 institutda 115 ixtisas üzrə hazırlıq həyata keçirir.

 

Fakültələr:

- avtotraktor fakültəsi

- dağ işləri və mühəndis ekologiyası fakültəsi 

- maşınqayırma fakültəsi

- mexaniki-texnoloji fakültə

- marketinq, menecment və sahibkarlıq fakültəsi

- energetika fakültəsi

- informasiya texnologiyaları və robot texnikası fakültəsi

- idarəetmə texnologiyası və humanitalaşdırma fakültəsi

- mühəndis-pedaqoji fakültə

- energetik inşaat fakültəsi

- memerlıq филиал fakültəsi

- inşaat fakültəsi

- cihazqayırma fakültəsi

- transport kommunikasiyaları fakültəsi

- hərbi-texniki fakültə