BELARUS DÖVLƏT UNİVERSİTETİ

BELARUS DÖVLƏT UNİVERSİTETİ

Belarus Dövlət Universiteti (BDU)- Belarus Respublikasının Minsk şəhərində yerləşən aparıcı ali məktəbdir. BDU-da tələbələr, bakalavrda 61 ixtisas üzrə, magistraturada isə 65 ixtisas üzrə təhsil alırlar. BDU Avraasiya və Avropa universitetləri assosiasiyalarının üzvüdür və dünyanın 50 ölkəsinin elm və təhsil müəssisələrilə əməkdaşlıq haqqında 324 beynəlxalq razılaşması vardır. Nüfuzlu Britaniya agentliyi olan QS WUR-un (QS World University Rankings) reytinqinə əsasən (2004-cü ildən hər il keçirilir), 2016-cı ilə olan göstəricilərdə BDU dünya universitetlərinin TOP 500-nə daxil olaraq 354-cü mövqedə qərarlaşmışdır. MDB ölkələri üzrə bu reytinqdə BDU 9-cu yerdədir.

2014/15-ci tədris ilinin göstəricilərinə əsasən universitetə hazırlıq, ali və universitetdən sonrakı təhsil proqramları üzrə BDU-da 2348 xarici vətəndaş təhsil alıb. BDU-da dünyanın 47 ölkəsindən tələbələr təhsil alır.

 

Fakültələr və təhsil təsisatları:

- Biologiya fakültəsi

- Hərbi fakültə

- Coğrafiya fakültəsi

- Jurnalistika institutu

- Tarix fakültəsi

- Mexanika-riyaziyyat fakültəsi

- Beynəlxalq münasibətlər fakültəsi

- Tətbiqi riyaziyyat və informatika fakültəsi

- Radiofizika və kompyuter texnologiyaları fakültəsi

- Sosial-mədəni kommunukasiyalar fakültəsi

- Fəlsəfə və sosial elmlər fakültəsi

- Fizika fakültəsi

- Filologiya fakültəsi

- Kimya fakültəsi

- İqtisadiyyat fakültəsi

- Hüquq fakültəsi

- Universitetə hazırlıq fakültəsi

- BDU-nun idarəçilik və sosial texnologiyalar dövlət institutu

- BDU-nun biznes və menecment texnologiyaları institutu

- BDU-nun A.D.Saxarov adına Beynəlxalq dövlət ekologiyası institutu

- Respublika ali məktəb institutu

- BDU-nun hakimlərin, prokuratura, məhkəmə və ədliyyə müəssisələri işçilərinin ixtisasartırma və kvalifikasiyalarının artırılması institutu

- BDU-nun İnformatizasiya texnologiyaları və idarəçilik sahəsində kvalifikasiyanın artırılması və ixtisasartırma institutu

- BDU-nun Liseyi

- BDU-nun Hüquq kolleci