“Priozyornıy” sanatoriyası

“Priozyornıy” sanatoriyası

“Priozyornıy” sanatoriyası – Belarusiyanın ən yaxşı sanatoriyalarından sayılır. Bura keyfiyyətli və effektli müalicənin, dadlı və sağlam qidanın, diqqətli və xoşməramlı insanların vəhdət təşkil etdiyi bir məkandır. Məhz burada siz sağlamlığınızı möhkəmləndirə və uzun müddətlik pozitiv enerji ala bilərsiniz. “Priozyornıy” sanatoriyası Naroç gölünün sahilində yerləşir. Minskin 166 km-də, Molodeçno şəhərinin 70 km-də, Myadel şəhərinin 15 km-də, Naroç n.m-in 2 km-də və Naroç gölünün 400 m-də yerləşir.

 

QALMA VARİANTLARI

1. Sanator-kurort putyovkaları

Yaşama, qidalanma və müalicənin daxil olduğu 12 gündən başlayan putyovka.

Müalicə, sanator putyovkanın qiymətinə daxil olan prosedurların siyahısına uyğun olaraq təqdim edilir.

2. Sağlamlıq putyovkası

Yaşama, qidalanma və sağlamlıq xidmətlərinin daxil olduğu 12 günə qədər olan putyovka. Müalicə xidmətləri daxil deyil.

3. Həftəsonu putyovkası

Yaşayış və qidalanma ilə birlikdə 3 günlük putyovka (cümə-bazar).

 

TİBBİ PROFİL:

· Sümük-əzələ sistemi və birləşdirici toxuma xəstəlikləri

· Sidik-cinsiyyət sistemi xəstəlikləri

· Sinir sistemi xəstəlikləri

· Maddələr mübadiləsinin pozulması

· Həzm orqanlarının xəstəlikləri

· Qan dövranı sistemi xəstəlikəri

 

QİDALANMA

Qida qəbulu sayı: 4 dəfə

Qidalanma növü – diyetik menyu, veqetarian menyusu, fərdi menyu.

Menyu tipi – açıq bufet elementlərilə (tərəvəz masası, çörək məmulatları, şorbalar, içkilər) ilkin sifariş (3-cü gündən) və ya açıq bufet (seçim üzrə).

 

XİDMƏTLƏR

Pulsuz xidmət:

- bütün nömrələrdə Wi-Fi

- 24 saat tibbi müşahidə

- mühafizə

- kitabxana (“Priozyornıy” korpusundan yeməkxanaya keçid)

- boş mini kitabxana (“Lazurnıy” korpusu)

- “Belarusbank”ın şöbəsi (“Leçebnıy” korpusu)

- konfrans zalı

- rəqs zalında istirahət axşamları və diskoteka

- uşaqlar və böyüklər üçün musiqili-əyləncəli proqram

- ənənəvi və xalq gəzintiləri

- təbii guşə

- aerosolyari

- Kneyp yolu

- məişət xidmətləri

 

Pullu xidmət:

- bərbərxana və manikür kabineti (“Priozyornıy” korpusu, foye),

- solyari (şaquli)

- dükkanlar (“Lazurnıy” korpusu, 1-ci mərtəbə; “Leçebnıy” korpusu, basseynlə)

- aptek kiosku (“Lazurnıy” korpusu)

- qiymətli əşyaların saxlanması üçün qutu (“Priozyornıy” korpusu, hol)

- mini fotoatelye (“Priozyornıy” korpusu)

- avtodayanacaq

- ekskursiya bürosu xidmətləri

 

UŞAQLAR ÜÇÜN

Uşaqlar, sanatoriyaya böyüklərin müşayiətilə qəbul olunur. Müalicə 15 yaşından yuxarı uşaqlara təqdim edilir.

Balaca qonaqlara sanatoriya aşağıdakı xidmətləri təqdim edir:

- təcrübəli təşkilatçı-pedaqoqun olduğu uşaq otağı (“Priozyornıy” korpusu, 3 mərtəbə, yay vaxtı həftəsonları xaric hər gün işləyir)

- masaüstü futbol, uşaq kafesi (“Lazurnıy” korpusuna girişdən sağ tərəfdə, yay müddətində işləyir)

- yeni müasir uşaq meydançası

- uşaq velosipedləri, samokatları və çarxlarının kirayəsi (yay müddətində işləyir, “Fontanka” meydançasında yerləşir)

- batut

- mini-futbol (yay dövründə fəaliyyət göstərir, topları kirayə məntəqəsindən götürmək olar)

- Sanatoriyadakı uşaqlar üçün aksiyalar